GÜNEY AZƏRBAYCAN QURTULUŞ PARTİYASI BAŞQANI ELDAR KARADAĞDAN SƏRT AÇIQLAMA
Güney Azərbaycan Qurtuluş Partiyası Başqanı Eldar Karadağ, ABŞ ilə İran rejimi arasında gedən münasibətlərə kəskin etirazını bildirib.
Karadağ açıqlamasında deyib ki, ABŞ ilə İranın faşist yönetimi bir-biri ilə “yaxşı oyun” quraraq iqtisadiyyatı qəsdən manipulyasiya edir və bu proses açıq-aşkar bir sömürü paylaşımıdır.
İran rejimini faşist olaraq tanımlayan Karadağ vurğulayıb ki, zahirdə qarşıdurma görüntüsü yaradılsa da, pərdə arxasında iqtisadi çıxarlar qorunur. Bu kirli hesablaşmanın bədəlini isə bölgə xalqları, xüsusilə də Güney Azərbaycan Türkləri ödəyir.
Karadağ bildirib:
“ABŞ ilə İran faşist rejimi iqtisadiyyatı manipulyasiya edərək xalqları aldadır.
Bu, bir sömürü anlaşmasıdır. Ən böyük zərəri görən isə Güney Azərbaycan Türkləridir.”
Bölgədə tətbiq olunan sanksiyalar, siyasi alverlər və iqtisadi təzyiqlərin xalqı daha da yoxsullaşdırdığını deyən Karadağ, beynəlxalq ictimaiyyəti bu haqsızlığa səssiz qalmamağa çağırıb.
Güney Azərbaycan Qurtuluş Partiyasının Güney Azərbaycan Türklərinin azadlıq, ədalət və öz müqəddəratını təyin etmə haqqı uğrunda mübarizəsini davam etdirəcəyini bildirən Karadağ,
“Bu istismarçı düzəni qəbul etmirik və etməyəcəyik,” — deyə qeyd edib.










Yorumlar
Yorum Yap